I Qəbələ Kubokunun finalçıları bəlli olub. Yarımfinalda üz-üzə gələn Serbiya - "Brondbü" və "Qalatasaray" - "Levante" cütlüklərindən Serbiya və "Qalatasaray" finala vəsiqə qazanıb. Hər iki finalçı rəqibini 1:0 hesabilə məğlub edib.
5-8-ci yerlər uğrunda oyunlarda isə "Qəbələ" və "Vilyarreal" 5-ci yerə iddiasını saxlayıb.
Yarımfinal
"Qalatasaray" - "Levante" 1:0
Serbiya - "Brondbü" 1:0
5-8-ci yerlər uğrunda oyun
"Qəbələ" - "Feyenoord" 2:2 (p: 5:4)
"Qarabağ" - "Vilyarreal" 0:2
Bu nəticələrdən sonra I Qəbələ Kubokunun komanda sıralamasını rəsmiləşdirəcək son 4 cütlük müəyyənləşib:
VII Yer uğrunda oyun
"Qarabağ" - "Feyenoord" 3 İyun/10.00
V Yer uğrunda oyun
"Qəbələ" - "Vilyarreal" 3 İyun/10.00
III Yer uğrunda oyun
"Brondbü" - "Levante" Mərkəzi Stadion, 3 İyun/18.00
FİNAL
"Qalatasaray" - Serbiya MK Mərkəzi Stadion, 3 İyun/20.00