Fırtına «Qəbələ»nin yoxlama oyununu təxirə saldı
Xəbərlər / 19 Yanvar 2013 | 09:49297
Antalyada hazırlıqlarını davam etdirən və toplanış çərçivəsində bu gün yoxlama oyunu keçirməyi planlaşdıran "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandasının matçı təxirə düşüb. Buna səbəb 2 gündür Antalyada səngiməyən şiddətli fırtına olub. Əgər hava şəraiti əlverişli olarsa, Danimarkanın "Oure" Akademiyası ilə keçirilməsi planlaşdırılan görüş sabah baş tutacaq.
Əlverişsiz hava şəraiti səbəbindən "Qəbələ"nin hazırlıq planında dəyişiklik edilib və komanda bu günkü məşqini fitnes mərkəzində keçirib. Məşqçilərin nəzarəti altında reallaşan məşq prosesi zamanı futbolçular müxtəlif fiziki çalışmaları yerinə yetiriblər.