FORMA AL, QALİB OL!!! - Səyyar satış nöqtəmiz xidmətinizdə
Xəbərlər / 19 Oktyabr 2015 | 19:53280
FORMA AL, QALİB OL!!! - Səyyar satış nöqtəmiz xidmətinizdə

Əziz “Qəbələ”sevərlər,

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qəbələ”-Borussiya” Dortmund oyunu öncəsi start verilən forma və bilet kampaniyası barədə xəbərdarsınız. Məlumat verdiyimiz kimi oktyabrın 20, 21 və 22-də kampaniya çərçivəsində paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq. Sizləri satış nöqtələrinin məkanları ilə tanış edirik:

20 oktyabr – Tofiq Bəhramov adına stadionun kassalarının önü
21 oktyabr – Tofiq Bəhramov adına stadionun kassalarının önü
22 oktyabr – Bakcell Arenanın kassalarının önü

Kampaniya şərtlərimiz aşağıdakı kimidir:
Forma (25 AZN) + Bilet (3 AZN) = 27 AZN
Forma (25 AZN) + Bilet (5 AZN) = 28 AZN
Forma (25 AZN) + Bilet (10 AZN) = 32 AZN
Forma (25 AZN) + Bilet (20 AZN) = 41 AZN

Forma almaqla:
- “Qəbələ”ni Dortmundda dəstəkləmək şansı qazan
- “Sarar”dan kostyum əldə et
- Futbolçularımızın imzaladığı forma sənin olsun

“Go Sport” mağazasında da kampaniya çərçivəsində satışlarımız davam edir. Ünvan:
Neftçilər pr. 151, PortBakuMall, 3-cü mərtəbə