Frits Ştuxlik «Qəbələ» üçün seminar keçdi
Xəbərlər / 10 Yanvar 2019 | 23:44357
Frits Ştuxlik «Qəbələ» üçün seminar keçdi

Bu gün AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin üzvləri “Qəbələ”nin əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb. “Qafqaz Baku City Hotel”də baş tutan tədbirdə komitənin sədri Frits Ştuxlik, üzvü Elçin Məmmədov və FİFA referisi Əliyar Ağayev iştirak ediblər. 

Komitə rəhbəri komanda üçün seminar keçib. Seminar iki hissədən ibarət olub. Öncə komanda üzvləri oyun qaydalarındakı yeniliklərlə tanış olub, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları kimi bəzi qaydalar barədə ətraflı məlumatlandırılıb.  Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.