Misli Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın məşqçisi Xaqani Məmmədovun mətbuat konfransı keçirilib. Sizi 47 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Çətin oyun oldu. Biz matça buna hazır idik. Rəqib əvvəlkin turlarda keyfiyyətli oyun nümayiş etdirib. Futbolçularımız fasiləyə qədər o qədər də yaxşı oynamadı. Amma ikinci hissədə 0:2 hesabı ilə geri düşdükdən sonra bərabərliyə nail ola bildik. Süni örtükdə oynamaq çətin idi. Futbolçular əllərindən gələni etdi”.