“Futbolçular konsentrasiyanı əldən vermədilər”
Xəbərlər / 15 May 2026 | 20:2783
“Futbolçular konsentrasiyanı əldən vermədilər”

Misli Premyer Liqasının XXXII turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:2) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Yaxşı oynadıq. Birinci hissədə son zərbələri tamamlamaqda çətinlik çəkirdik. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Lakin bundan sonra da kombinasiyalı, üstün oyun göstərməkdə davam etdik. İki qol vurduq. Daha çox fərqlənmək imkanımız var idi. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti olmasa da, futbolçular konsentrasiyanı əldən vermədilər. Maraqlı oyun izlədik”.