“Futbolçular mübarizə apardılar və xarakter göstərdilər”
Xəbərlər / 27 Sentyabr 2025 | 12:1215023
“Futbolçular mübarizə apardılar və xarakter göstərdilər”

Misli Premyer Liqasının VI turunun “Qarabağ” - “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularıma təşəkkür edirəm. Meydanda ilk dəqiqələrdən 10 nəfərlə qalmağımıza baxmayaraq, mübarizə apardılar və xarakter göstərdilər. Bu oyuna qədər çoxları deyirdi ki, “Qəbələ”nin hücum xətti güclüdür, lakin müdafiədə zəif çıxış edirlər. Bu oyun göstərdi ki, müdafiə olunmağı da bacarırıq. Matçın əvvəlində aldığımız qırmızı vərəqə komandaya mənfi təsir göstərsə də, futbolçularım taktiki baxımdan da düzgün oynamağı bacardılar. Bir daha komandama buna görə təşəkkürümü bildirirəm. “Qarabağ”a isə Çempionlar Liqasının qarşıdakı görüşündə uğurlar arzulayıram. Onu da qeyd edim ki, bu gün bizim daha bir futbolçumuz - Qədir Ramazanov Premyer Liqada debüt etdi. Bununla da bu mövsüm debüt edən futbolçularımızın sayı 5-ə çatdı. Qədiri Premyer Liqada ilk oyununa çıxması münasibətilə təbrik edirəm”.