“Futbolçular yaxşı futbol göstərirlər”
Xəbərlər / 19 May 2024 | 19:203792
“Futbolçular yaxşı futbol göstərirlər”

Misli Premyer Liqasının XXXV turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Güracüstanlı mütəxəssis matç barədə fikirlərini bildirib:

 

“Futbolçularıma təşəkkür edirəm. Komanda aşağı dəstəyə düşsə də onlar peşəkar kimi ürəklə mübarizə aparırlar, yaxşı futbol göstərirlər. Bu gün böyük hesabla qalib gəlməli idik. Çox sayda yüz faizlik qol imkanlarından yararlana bilmədik. Yaxşı oyun göstərməklə lazım olan nəticəni qazandıq. Əminəm ki, Premyer Liqada qalsaydıq, növbəti mövsümdə yüksək yerlər üçün mübarizə aparardıq. Çox sayda fərdi səhvlər edirdik. Bu xətalar azaldıqdan sonra qalib gəlməyə başlamışıq. Daha çox çalışmalıyıq. Bu gün 6:0 hesabı ilə qalib gəlməli idik. Təkbətək çıxanda qol vura bilmirsənsə, fərdi çatışmazlıq var. Əvvəlki görüşlərin çoxunda yaxşı oynamışıq. Əvvəl 5 imkanı qaçırırdıqsa, bu dəfə 8 epizoddan ikisindən yararlandıq. Ən vacib olan müdafiədə səhv etməməkdir. Arxa xətdə xətalar azaldıqda nəticə də olur”.