Premyer Liqanın XVI turu çərçivəsində baş tutan “Qəbələ” – “Qarabağ” (2:1) matçından sonra “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanov oyun barədə düşüncələrini açıqlayıb. Komandanı ilk dəfə baş məşqçi əvəzi kimi meydana çıxaran gənc çalışdırıcının fikirlərini sizlərlə bölüşürük:
“İlk növbədə “Qarabağ”ı Avropa Liqasındakı uğurlarına görə təbrik edirəm. Çempiona qarşı oynadıq. Futbolçularıma təşəkkür edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, oyunçular xarakter göstərdilər. “Qarabağ”a qarşı oynamaq çətindir. Futbolçulara təşəkkür edirəm ki, xarakter göstərdilər. Komandamız 6-cı yerə layiq deyil. Biz oyunla bunu bir daha göstərdik. Daha da irəli getmək lazımdır. Məşq prosesində dəyişiklik etdik. Psixoloji gərginlik olduğu üçün məşqləri daha əyləncəli etdik. Eyni zamanda, futbolçularda özünəinam hissini qaytardıq”.