Misli Premyer Liqasının XXX turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“İkinci hissəyə nəzərən deyə bilərəm ki, 2 xal itirdik. Birinci hissə əsəbi keçdi. Hər oyun belə olur, bu da komandanın turnir cədvəlindəki vəziyyətinə görədir. İlk yarıda müdafiədə yaxşı oynadıq, lakin hücumların təşkilində problemlər var idi. İkinci hissədə daha aqressiv çıxış etdik. Rəqib bizə nisbətən çox dəyişiklik etsə də, bu, hiss olunmadı. Daha yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Sadəcə sonluğu gətirə bilmirik. Bu da futbolçuların bir qədər gərgin olması və keyfiyyət məsələsi ilə bağlıdır. Futbolçularıma təşəkkür edirəm, mübarizə apardılar, xarakter göstərdilər. Komandanın çətin vəziyyətində bizə dəstək olan azarkeşlərə də təşəkkür edirəm. Xahiş edirəm ki, sonadək komandanın yanında olsunlar”.