«Futbolçularım oyuna prinsipial yanaşdılar»
Xəbərlər / 19 Fevral 2014 | 21:52259
Premyer Liqanın XXII turu çərçivəsində baş tutan AZAL-"Qəbələ" (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "Yaxşı nəticə qazandıq. Futbolçularım oyuna prinsipial yanaşdılar. Oyunun keyfiyyəti istədiyimiz kimi olmadı, daha yaxşı oynaya bilərdik. Bundan öncəki oyunu daha yaxşı oynamışdıq, lakin nəticə hər şeydən önəmlidir. Müdafiədə yaxşı oynadıq, AZAL-a qol epizodu yaratmaqa imkan vermədik. Səfərdə oynadığımız üçün özümüz də çox qol imkanı yaratmadıq. Rafael və Kamran bu gün çox yaxşı oynadılar, etimadı doğrultdular, Biz onlara etibar edirik, hər səhvə görə futbolçunu ehtiyata göndərmək olmaz. Meydanda ürəksiz oynayan, can qoymayan futbolçunu əsas heyətdən kənarlaşadıra bilərəm. Hər kəs səhv edə bilər”.