«Futbolçularım vacib işin öhdəsindən gəldilər»
Xəbərlər / 13 Sentyabr 2014 | 17:51210
Premyer Liqanın V turu çərçivəsində baş tutan “Simurq” – “Qəbələ” (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“İlk növbədə futbolçularımı təbrik edirəm. Biz AZAL-a qarşı yaxşı oynasaq da, uduzmuşduq. Həmin vaxt layiq olmadığımız məğlubiyyəti almışdıq. Uğursuz oyundan sonra “Simurq”la görüş önəmli idi. Futbolçularım vacib işin öhdəsindən gəldilər. “Simurq”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.