«Futbolçularım var gücləri ilə oynadılar»
Xəbərlər / 1 Mart 2014 | 00:59182
«Futbolçularım var gücləri ilə oynadılar»

Premyer Liqanın XXIV turu çərçivəsində baş tutan "Simurq"-"Qəbələ" (0:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bütün oyunlar gərgin keçir, heç-heçəni ədalətli nəticə sayıram. Oyun ərzində 1-2 real qol imkanımız oldu. Futbolçularım var gücləri ilə oynadılar, buna görə onlara minnətdaram. Lakin bəzi epizodlarda keyfiyyətli son vuruşu vurmaq alınmadı, xüsusən də Mendi və Leonardoda. Bu gün 1 xal qazandıq. “Simurq” evində çox yaxşı oynayır, yaxşı müdafiə olunur”