«Futbolçularıma inanıram»
Xəbərlər / 8 May 2023 | 23:082309
«Futbolçularıma inanıram»

Misli Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Bizi ağır səfər oyununun gözlədiyini bilirdik. “Qarabağ” çempionatımızın vahid lideridir. Komandanı layiqli müqavimət göstərməyə hazırlayırdıq. Bu matçdan da uğurlu nəticə ilə ayrılmağa çalışırdıq. “Qarabağ” cari çempionatda ən yaxşı oyunlarından birini keçirdi və layiqli qələbə qazandı. Rəqibi də nəzərə almaq lazımdır. Hücumlarımızın qarşısını “Qarabağ” alırdı. Öndə daha çox oynamaq istəyirdik. Lakin rəqibin təzyiqi bizi məcbur etdi ki, meydanın özümüzə aid hissəsində oynayaq. Qarşıda üç matçımız var. Futbolçularıma inanıram. Onlar əzmkarlıq göstərib çempionatda da istədikləri yerdə olacaqlar”.