«Futbolçularımız mübarizə apardılar»
Xəbərlər / 25 Mart 2019 | 18:23693
«Futbolçularımız mübarizə apardılar»

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə “Qəbələ” və “Sumqayıt” arasında keçirilən yoxlama görüşündən (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov qarşılaşma barədə fikirlərini açıqlayıb. Sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: "Neftçi" ilə oyundan sonra futbolçularımız istirahətə buraxıldı. Martın 20-dən məşqlərimizi bərpa etdik. Görünən odu ki, oyunçularımız yaxşı istirahət etmişdilər. Həmin gündən indiyə qədər olan məşq planımız oyunla tamamlanmalı idi. Bugünkü oyundan da razı qaldıq. Çünki sürətli oyun gözləyirdik, elə də oldu. Futbolçularımız mübarizə apardılar. Sabahdan etibarən "Sabah"la oyunun hazırlığına başlayacağıq. Həkimlər söz veriblər ki, zədəli oyunçularımızdan Voislav Stankoviç komandaya qoşulacaq. Ancaq bu, hələ yekun qərar deyil. Digər oyunçularımız Elvin Camalov və Rasim Ramaldanov isə bu həftə həkim nəzarətindən sonra komandaya qoşulacaqlar. Çempionatda yaranmış fasilə bizim işimizə yaradı. Bundan maksimum yararlanmağa çalışdıq".