“Futbolçuların böyük xarakterə malik olduğunu gördük”
Xəbərlər / 5 Mart 2026 | 23:1170
“Futbolçuların böyük xarakterə malik olduğunu gördük”

Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sabah” oyunundan (3:3, p. 2:4) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini bildirib:

 

“Bu gün birinci növbədə yaxşı oyunun, çoxlu qolların şahidi olduq. Eyni zamanda bizim futbolçuların böyük xarakterə malik olduğunu gördük. Futbolçularıma çox təşəkkür edirəm. Belə oyundan sonra növbəti mərhələyə keçməmək əlbəttə ki, çox məyusedicidir. “Sabah”ı yarımfinala vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. İstərdik ki, çempionatda bu cür oyunların sayı çox olsun. Ümumiyyətlə, çempionatın səviyyəsi çox yüksəlib. Klub futbolu inkişaf edib və arzu edirəm ki, milli komanda da irəliləyiş olsun. Təəssüf ki, kubokda mübarizəni dayandırdıq. Bizim üçün əsas məsələ çempionatda xallarımızın sayını artırmaqdır. Növbəti oyunumuzu da “Sabah”a qarşı keçirəcəyik. Təxminən bir ay müddətində “Sabah”la 4-cü oyunumuz olacaq. Ümid edirəm ki, maraqlı oyun və yaxşı nəticə qeydə alınacaq”.