Komandamızın baş məşqçisi Kaxaber Tsxadadze “Sumqayıt”la yoxlama oyunundan (1:1) sonra fikirlərini bildirib. Təcrübəli mütəxəssis matçı və ümumi hazırlığı dəyərləndirib:
“Hazırlığımız plan üzrə davam edir. Bu mərhələdə yükləmələr çoxdur. Təlim-məşq toplanışının birinci mərhələsini bu gün başa vurduq. Bugünkü oyunda gördük ki, sürət bir qədər aşağıdır. Yavaş-yavaş bunun üzərində işləməliyik. Futbolçuların yanaşmasından razıyam. Ötən mövsüm ilk dəfə Premyer Liqada çıxış edən yerli futbolçular xeyli artırıblar. Heyətin gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə işləri davam etdiririk. Maraqlandığımız futbolçular var, danışıqlar davam edir”.