Bakı İdman Sarayında gənc cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. Cüdoçularımız paytaxtdakı birincilikdə 10 medal qazanıb. 3 qızıl, 2 gümüş və 5 bürünc əldə edən “Qəbələ” komanda hesabında 2-ci yeri tutub. Nəriman Əhmədov (55 kq), Rüfət İsmayılov (82 kq) və Leyla Şahin (57 kq) çıxış etdikləri çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çingiz Əhmədli (73 kq) və Nərmin Əlizadə (70 kq) yalnız finalda uduzaraq 2-ci yeri tutublar. Xəzər Həsənov (55 kq), Rüfət Tağızadə (60 kq), İbrahim İsmayılov (60 kq), İmran Yusifov (100 kq) və Lalə Gülbalayeva (70 kq) bürünc medal qazanıblar.