U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb. “Qəbələ” İdman Klubunun cüdoçuları yarışda uğurla çıxış edib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan birincilikdə idmançılarımız 8 medal qazanıb. Təmsilçilərimiz oğlanların mübarizəsində 3 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.
İsmayıl İbrahimov (66 kq), Fəqan Quluzadə (81 kq) və Vasif Şərbətli (100 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finala qədər irəliləyən Elçin Hüseynov (66 kq) və Rüfət İsmayılov (90 kq) yalnız həlledici görüşdə uduzaraq, gümüş mükafata yiyələniblər. Hasil Cəfərov (73 kq), İman Yusifov (100 kq) və Camal Feyziyev (+100 kq) birinciliyin bürünc mükafatçısı olublar.
46 klubdan 333 idmançının qatıldığı (288 oğlan, 45 qız) yarışda “Qəbələ” komanda hesabında 2-ci yeri tutub.