Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Çempionatın son oyunu idi. Uduzmaq istəməzdik. Kubokun finalına hazırlıq üçün yaxşı əhval-ruhiyyə lazım idi. Lakin alınmadı. Zədədən əziyyət çəkən oyunçularımıza istirahət verdik. Bu gün gənc futbolçular istəkli idilər. Qol epizodlarımız oldu, istifadə edə bilmədik. Rəqib yaratdığı qol imkanından yararlandı və qalib gəldi. İrəli baxacağıq. Son oyunumuz var. Titul qazanmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, mövsümü titulla başa vuraq”.