«Gilan&Knauf» «Qəbələ»nin yeni titul sponsorudur
Xəbərlər / 13 Avqust 2021 | 21:05386
«Gilan&Knauf» «Qəbələ»nin yeni titul sponsorudur

“Qəbələ” İdman Klubu Azərbaycanın daha bir tanınmış markası ilə əməkdaşlığa başlayır. Tikinti materialları sektorunda liderlərdən olan “Gilan&Knauf” brendi artıq komandamızın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Gilan&Knauf” arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb. Anlaşmaya əsasən əsas komandamızın oyun formalarının ön hissəsində “Gilan&Knauf” brendinin loqosu əks olunacaq. 

“Gilan&Knauf”un əsası “Gilan Holdinq” və “Knauf Gips AG” tərəfdaşlığı ilə 2006-cı ildə qoyulub. “Gilan&Knauf” tikinti materialları sahəsində Azərbaycanda lider şirkətlərdəndir.