«Gördüklərim məni müsbət mənada təəccübləndirdi» - VİDEO
Xəbərlər / 30 May 2013 | 21:10341
«Gördüklərim məni müsbət mənada təəccübləndirdi» - VİDEO

“Portu” – “Barselona” oyunundan sonra İspaniya təmsilçisinin baş məşqçisi Fransesk Artiqa brifinq keçirib. Kataloniyalı çalışdırıcı ilk öncə oyun haqda danışıb: “Deyə bilərəm ki, oyunun birinci hissəsi keçirdiyimiz digər oyunlar arasında ən yaxşı çıxış etdiyimiz ilk yarı idi. Linin bir-iki qol epizodu vardı ki, ondan yararlana bilmədi. Oyunun demək olar ki, nəzarəti bizim əlimizdə idi. İkinci hissə eyni şəkildə başladı. Amma müdafiədə etdiyimiz səhvə görə ilk qolu buraxdıq. Hesabda geri düşdükdən sonra bizim üçün çətin oldu. İstədiyimiz kimi oyun da alınmadı. Bundan sonra etdiyimiz dəyişikliklər də öz bəhrəsini vermədi. Futbolda sonacan mübarizə aparmaq lazımdır. Rəqibimizi də təbrik edirəm. Çünki biz əlimizə düşən şanslardan yararlana bilməsək də, onlar bundan istifadə edə bildi”. 

Turnirin gedişinə toxunan Artiqa təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyib: “Məni burda gördüklərim müsbət mənada təəccübləndirdi. İştirakçı komandaların səviyyəsi çox yüksəkdir. Deyə bilərəm ki, turnirin təşkilatçılığı çox gözəldir. Hakimlərin səviyyəsini də bəyənirəm. Heç bir oyunda hakimliyin səhvi rol oynamayıb”.