Qəbələ Olimpiya Kompleksində sərbəst güləş üzrə 2001-2003-cü il təvəllüdlü yeniyetmələrin növbəti rəsmi zona birinciliyi keçirilib. Turnirə 10 idmançı ilə qatılan "Qəbələ" İdman Klubu uğurlu nəticələrlə yadda qalıb. Klubumuzun yetirmələri Elgün Səmədov (38 kq) və Əli Həsənov (85 kq) yarışı qızıl medalla tamamlayıblar. Məmməd Nuriyev (50 kq) isə yalnız finalda məğlub olaraq gümüş medala yiyələnib.
Xatırladaq ki, yarışın mükafatçıları aprelin sonunda baş tutacaq ölkə birinciliyində iştirak hüququ qazanıblar.