Güləşçilərimizdən iki qızıl medal
Xəbərlər / 26 May 2025 | 13:4815112
Güləşçilərimizdən iki qızıl medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun güləşçiləri beynəlxalq turnirdə uğurla iştirak edib.

 

İsmayıl Əliyarov (65 kq) və Əhməd Əhmədli (70 kq) Belarusun Qrodno şəhərində keçirilən Sovet İttifaqı Qəhrəmanı D.M.Karbışevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə kişilər arasında açıq turnirdə fərqləniblər. Məşqçi Fərid Mustafayevin yetirmələrinin hər ikisi yarışda bütün rəqiblərinə qalib gəlib. Onlar fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.

 

Qeyd edək ki, turnirdə Rusiya, Belarus və Azərbaycan güləşçiləri iştirak edib.