Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
Xəbərlər / 29 Mart 2016 | 19:09212
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

Bolqarıstanın Ruse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatına start verilib. 23 yaşadək idmançılar arasında keçirilən yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıb. “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının üzvü Ruhin Mikayılov da döşək üzərinə çıxıb. 71 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda isveçli Daniel Mattias Soini ilə qarşılaşıb. Güləşçimiz 2:0 hesabı ilə qalib gəlib. Ruhin 1/4 finalda yunanıstanlı Vasileios Mixakisi 9:0 hesabı ilə üstələyib. Yarımfinalda xorvatiyalı Antonio Kamenjasevic ilə gərgin mübarizədə uduzan (5:7) təmsilçimiz bürünc medal uğrunda güləşməli olub. Klubumuzun yetirməsi fəxri kürsüyə qalxmaq üçün macarıstanlı Pal Krisztian Kottes ilə qarşılaşıb. Rəqibini 8:0 hesabı ilə məğlub edən Mikayılov Avropa çempionatını bürünc medalla başa vurub.