Güləşçimiz Azərbaycan çempionu oldu
Xəbərlər / 8 İyun 2022 | 20:38277
Güləşçimiz Azərbaycan çempionu oldu

“Qəbələ” İdman Klubunun güləşçisi Rəşad Veysəlov Azərbaycan çempionu olub. O, bu uğura 15 yaşadək yeniyetmələr arasında sərbəst güləş üzrə Azərbaycan birinciliyində imza atıb. 57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn idmançımız qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qəbələ şəhər bölməsinin yetirməsi olan güləşçimiz bu uğuru ilə Avropa çempionatına vəsiqə qazanıb. O, yığmanın heyətində qitə birinciliyində iştirak edəcək.