Güləşçimiz Azərbaycan çempionu oldu
Xəbərlər / 3 May 2023 | 01:001958
Güləşçimiz Azərbaycan çempionu oldu

“Qəbələ” İdman Klubunun güləşçisi Rəşad Veysəlov Azərbaycan çempionu olub. İdmançımız Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə U-15 Azərbaycan çempionatında fərqlənib.

68 kq çəkidə çıxış edən təmsilçimiz Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qəbələ rayon bölməsinin yetirməsi olan Mirzəbəyli kəndinin məktəblisi bununla Avropa çempionatında çıxış etmək imkanı qazanıb. O, iki ay sonra Macarıstanda təşkil olunacaq yarışda Azərbaycan yığmasının şərəfini qoruyacaq.