“Qəbələ” İdman Klubunun güləşçisi Rəşad Veysəlov növbəti uğuruna imza atıb. İdmançımız güləş üzrə beynəlxalq "Təhsil" turnirində fərqlənib.
O, FHN İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda U-17 yaş qrupu üzrə mübarizə aparıb. Rəşad 71 kq çəkidə çıxış edən sərbəst güləşçilərin yarışında 3-cü yeri tutub. İdmançımız turnirin bürünc medalını qazanıb.