Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun güləşçisi Rəşad Veysəlov növbəti uğuruna imza atıb. Təmsilçimiz Bəhreyndə keçirilən Gimnaziadada fərqlənib.
71 kq çəkidə çıxış edən sərbəst güləşçimiz yarışı bürünc medalla başa vurub. O, 3-cü yer uğrunda qarşılaşmada rumıniyalı Teodor Samarqitana tam üstünlüklə (10:0) qalib gələrək Gimnaziadada fəxri kürsüyə yüksəlib.