Gürcüstanda iki gümüş medal
Cüdo / 11 İyun 2017 | 01:261120
Gürcüstanda iki gümüş medal

Gürcüstanın paytaxtı Tbilisidə gənc cüdoçular arasında “Zedazeni cup” turniri keçirilib. Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubunun gənc cüdoçuları da qonşu ölkədə təşkil olunan yarışda qüvvəsini sınayıb. Təmsilçilərimiz yarışı iki medalla başa vurublar. Rövşən Əliyev (55 kq) və Yaqub Cavadov (66 kq) finaladək bütün rəqiblərini məğlub edib. Yalnız həlledici qarşılaşmada məğlub olan cüdoçularımız Tbilisidə gümüş mükafata yiyələnib.