Premyer Liqanın VIII turu çərçivəsində baş tutan “Qarabağ” – “Qəbələ” (2:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Komandam çox yaxşı oynadı. Təəssüf ki, bu gün bəzi insanlar bizə mane oldu. Bunu mütəxəssislər gördü. Sözsüz, bütün bunlar bəhanə ola bilməz. İstənilən halda, hadisələr bizim üçün siqnal rolunu oynadı. Növbəti dəfə bunları nəzərə almalıyıq. Etiraf edim ki, müdafiədə xırda səhvlər oldu. Amma ümumi götürsək yaxşı oynadıq. “Qarabağ”la oyunu komanda ilə birgə təhlil edəcəyik”.