Hakimin mübahisəli qərarı «Qəbələ»ni xalsız qoydu
Xəbərlər / 3 Oktyabr 2012 | 21:02229
Hakimin mübahisəli qərarı «Qəbələ»ni xalsız qoydu

“Bakı” - “Qəbələ” - 3:2
Qollar: Azad Kərimov, 5 (1:0), Əziz Hüseynov, 26 (1:1), Vadim Abdullayev, 32 (2:1), Murad Musayev, 40 (2:2), Tural Qürbətov, 81 (3:2) 

Əvəzedicilər çempionatının VIII turunda "Qəbələ" səfərdə "Bakı" ilə üz-üzə gəldi. İlk 7 turda maksimum nəticə qazanan paytaxt təmsilçisi ilə son turlarda böyükhesablı qələbələr qazanan qonaqların qarşılaşmasının maraqlı alınacağını öncədən söyləmək olardı.
Matç tərəflərin qarşılıqlı hücumları ilə start götürdü. Komandaların ilk hissədə açıq oyuna üstünlük verməsi taym ərzində 4 qolun qeydə alınması ilə nəticələndi. Hesabı 5-ci dəqiqədə meydan sahibləri açdı. 21 dəqiqə sonra qonaqlar ev sahiblərini meydançanın mərkəzinə dəvət etdilər. Əziz Hüseynov fərqləndi. 31-ci dəqiqədə "Bakı" yenidən hesabda irəli çıxdı. Hissənin sona çatmasına 5 dəqiqə qalmış Luis Araqonun yetirmələri status-kvonu bərpa etdilər. Murad Musayev cərimə zərbəsindən ötürülən topu başla tora göndərdi - 2:2.

İkinci hissə nisbətən baxımsız alındı. Matçın taleyini isə hakimin mübahisəli qərarı həll etdi. 81-ci dəqiqədə "Bakı"nın yerinə yetirdiyi künc zərbəsindən sonra "Qəbələ"nin qapıçısı Fərid Ağayev topu tutsa da, yan xətt hakimi topun qapı xəttini keçdiyini bildirdi və mərkəz nöqtəsini göstərdi. Luis Araqonun yetirmələri qarşılaşmanın qalan dəqiqələrində hücuma atılsa da, hesab dəyişmədi. Nəticədə hakimin şübhəli qərarı "Qəbələ"ni səfər oyununda xalsız qoydu.