Hakimlər Komitəsi Qəbələdə seminar keçirib
Xəbərlər / 13 Noyabr 2012 | 07:40341
Hakimlər Komitəsi Qəbələdə seminar keçirib

Noyabrın 12-i Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov və komitənin məsul üzvü Elçin Məmmədovun iştirakı ilə “Qəbələ”nin futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub. Seminarda futbolçu və məşqçilərə UEFA qaydaları ilə bağlı ətraflı məlumat verilib. Toplantı zamanı müxtəlif oyun epizodları izlənilib və müzakirələr aparılıb. Sonda “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov tədbirin təşkilinə görə hakimlər komitəsinə təşəkkürünü bildirib və belə toplantıların davamlı olmasını arzulayıb. 
Xatırladaq ki, Premyer Liqada yaranmış fasilə ilə bağlı hakimlər Qəbələdə təlim-məşq toplanışında olublar. Ədalət təmsilçiləri hazırlıq prosesi müddətində fiziki və nəzəri məşğələlər keçiblər.