“Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beigi Harçeqani növbəti uğuruna imza atıb. İdmançımız 51 ölkədən 1615 iştirakçının qatıldığı sayca 6-cı "Turkish Open" beynəlxalq turnirində qüvvəsini sınayıb. Taekvondoçumuz Türkiyənin Antalya şəhərində keçirilən G1 kateqoriyalı turnirdə 80 kq çəki dərəcəsində mübarizə aparıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl medalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda iştirak edən digər təmsilçimiz Məhəmməd Məmmədov (68 kq) isə yarımfinala qədər irəliləyib. Finalın bir addımlığında məğlub olan idmançımız bürünc mükafata yiyələnib.