«Hava şəraitinə görə bu qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişdik»
Xəbərlər / 2 Fevral 2014 | 15:04203
«Hava şəraitinə görə bu qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişdik»

Premyer Liqanın XIX turu çərçivəsində baş tutan "Sumqayıt"-"Qəbələ" (0:3) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"Uzun fasilədən sonra ilk oyunlar hər zaman çətin olur. İlk dövrədə Sumqayıtda baş tutan oyundan dərs çıxarmışdıq və orada buraxdığımız səhvləri təkrarlamadıq. Futbolçularımız oyuna yaxşı konsentrasiya olmuşdular. "Sumqayıt" topa daha çox nəzarət edirdi, biz isə əsasən əks-hücumlarla oynayırdıq. Hava şəraiti əlverişsiz olduğuna görə bu qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişdik. Növbəti həftə "Qarabağ"la qarşılaşacağıq. Hər iki tərəf bir birini yaxşı tanıyır. Oyuna hansı komanda daha yaxşı hazırlaşsa, o da qalib gələcək. Növbəti matçda heyətdə dəyişikliklər ola bilər".