UEFA Gənclər Liqasının “Hayduk” – “Qəbələ” matçının təyinatları açıqlanıb. U-19 komandamızın Çempionlar Liqasının I mərhələsindəki ilk oyununun hakimləri müəyyənləşib. Sentyabrın 12-dəki qarşılaşmanı sloveniyalı ədalət təmsilçiləri idarə edəcək.
Görüşün baş hakimi David Smayç olacaq. Splitdəki matçda ona David Qabroveç və Tomaş Çerne kömək edəcək. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 12-də baş tutacaq “Hayduk” – “Qəbələ” matçı “Polyud” stadionunda keçiriləcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
İlk oyun, 12 sentyabr
19:00. “Hayduk” (Xorvatiya) – “Qəbələ” (Azərbaycan)
Hakimlər: David Smayç, David Qabroveç, Tomaş Çerne (hamısı Sloveniya), Ante Terziç (Xorvatiya)
Split. “Polyud” stadionu