«Hədəfə çatmaq üçün çalışmalıyıq»
Xəbərlər / 17 Mart 2023 | 19:241481
«Hədəfə çatmaq üçün çalışmalıyıq»

Misli Premyer Liqasının XXVII turunun “Qəbələ” – “Şamaxı” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Dinamik oyun alındı. “Şamaxı” yaxşı işlər görüb. Cavid Hüseynov və Vüqar Əsgərliyə komandanın belə futbol nümayiş etdirməsinə görə alqış düşür. Futbolçular istədiyimi verməyə çalışırdılar. Daim topa nəzarət etmək və hücumda çoxalmaq istəyirdik ki, bunu da matç ərzində gördük. Daha da inkişaf edə bilərik. Hədəfə çatmaq üçün çalışmalıyıq. Əyyub Allaş universal, üç mövqedə oynaya biləcək futbolçudur. Qol vurması xoşdur. Onu daha yaxşı görmüşük. Hələ komandanın üslubuna uyğunlaşır və qarşıdakı görüşlərdə daha yaxşı Allaş görəcəyimizə inanıram”.