«Həlledici məqamlarda dəqiq oynadıq»
Xəbərlər / 31 Avqust 2013 | 21:31252
«Həlledici məqamlarda dəqiq oynadıq»

Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən "Qəbələ"-"Xəzər Lənkəran" (2:0) matçının ardından "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin fikirlərini açıqlayıb. Rusiyalı mütəxəssis həm ön, həm də arxa xəttdə daha dəqiq oynadıqlarını bildirib:
"Çempionatın startından bu yana ilk dəfə idi ki qapımızda qol görmədik. Biz son hazırlıq periodunda əsasən keçmiş oyunlarda buraxdığımız səhvlər üzərində işlədik və bu səhvlərin bir daha təkrarlanmamsına səy göstərdik. Bu matça qədər müdafiədə çoxlu səhvlər buraxmışdıq. Amma "Xəzər Lənkəran"la qarşılaşmada arxa xətdə daha inamlı təsir bağışladıq. O ki qaldı ön xəttə, bu gün həlledici məqamlarda dəqiq oynadıq. Öncəki iki oyunda daha çox qol epizodları yaratsaq da, onlardan yararlana bilməmişdik. Umimiyyətlə fasilə öncəsi qələbə qazanmağımız yerinə düşdü. Həm futbolçularımızın, həm də azarkeşlərimizin əhvalı yaxşıdır".