«Həm birinci, həm də ikinci oyundan razı qaldım»
Xəbərlər / 24 Aprel 2014 | 20:43241
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan cavab oyunundan - "Xəzər Lənkəran" - "Qəbələ" (1:1, ilk oyun 0:3) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin qarşılaşma barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "Düşünürəm ki, təkcə bugünkü oyundan deyil, hər iki oyundan danışmaq lazımdır. Finala bu iki matçın nəticəsində vəsiqə qazandıq. "Qəbələ" tarixində ilkə imza atdıq. Həm birinci, həm də ikinci oyundan razı qaldım. Futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər".