«Həm fərdi, həm də komanda oyununda çatışmazlıqlarımız var»
Xəbərlər / 25 Oktyabr 2013 | 13:17301
Premyer Liqanın XI turu çərçivəsində baş tutan "Qəbələ"-"Sumqayıt" (2:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "Növbəti 3 xalımızı qazandıq. Gözəl qollar vurduq. Hər iki qol yaxşı qurulmuş kombinasiyalar nəticəsində rəqib qapısına vuruldu. İlk dövrədə Sumqayıtdakı məğlubiyyətin revanşını aldıq. Oyun planında həm fərdi, həm də komanda şəklində çatışmazlıqlarımız var. Bunu aramızda danışaraq həll edəcəyik".