“Hər futbolçunun arzusu millidən dəvət almasıdır”
Xəbərlər / 13 Mart 2025 | 18:12143
“Hər futbolçunun arzusu millidən dəvət almasıdır”

“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov ilk dəfə Azərbaycan milli komandasına çağırılıb. 20 yaşlı yarımmüdafiəçi martın 22-də Haiti, üç gün sonra Belarusla keçiriləcək yoldaşlıq oyunlarına dəvət alması barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

 

“Özümü çox sevincli, çox xoşbəxt hiss edirəm. Əlbəttə, hər bir futbolçunun ən böyük arzusu öz milli komandasına dəvət almasıdır. Şükürlər olsun ki, bu gün mən də milli komandaya dəvət almışam. Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm. Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacam”.