Misli Premyer Liqasının XXX turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qarşılaşmanın ağır keçəcəyini öncədən də bilirdik. “Neftçi” yaxşı komandadır, heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Dinamik oyuna şahidlik etdik. Hər iki tərəf açıq futbol göstərməyə çalışdı. Futbolçular istədiyimi meydanda verməyə çalışırdılar. Qalib gəlməyimiz sevindiricidir. Yolumuza davam edirik. Ümumilikdə çempionatda güclü, zəif anlayışı yoxdur. Üç xalı qazanmaq üçün hər görüşə maksimum köklənmək lazımdır. Bunu komanda da dərk edir. Ən önəmlisi bərpa prosesini keçmək və qarşıdakı kubok qarşılaşmasına hazırlaşmaqdır. Mövsümün sonundakı deyil, qarşıdakı matçı düşünürük. Bütün fikrimiz bu oyuna yönələcək. Həmin görüşü düzgün dəyərləndirmək və yaxşı nəticə qazanmaq istəyirik”.