Premyer Liqanın XII turu çərçivəsində baş tutan AZAL - “Qəbələ” (3:3) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Biz oyuna yaxşı hazırlaşmışdıq. Bu gün hər iki hissədə topa nəzarət edən tərəf biz idik. Düşünürəm ki, biz xalı rəqibə hədiyyə etdik. Rəqib standart vəziyyətlərdən yararlandı. Təəssüflənirəm ki, qələbə qazana bilmədik”.