Misli Premyer Liqasının XXVI turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Maraqlı oyun alındı. Hər iki komanda əzmkarlıq göstərməyə çalışırdı. Futbolçularımız tələb etdiyimi vermək istəyirdi. Daha çox hücum təşkil etdik. Hücum planında istədiyimi gördüm. Nöqsanları görür, üzərində çalışırıq. İnanıram ki, epizodları dəyərləndirməyin öhdəsindən qarşıdakı oyunlarda gələcəyik. Hər iki tərəf yaxşı mübarizə apardı, bir-birinə layiq idi. Hər iki komanda bir xal qazandı. Tovuz səfəri ağırdır, süni olması da narahatçılıq yaradır. Komandamız xarakter göstərdi və ikinci hissədə istədiyimiz kimi oynadı”.