«Hər iki komanda bu oyunda qələbə qazana bilərdi»
Xəbərlər / 23 May 2014 | 07:12182
Azərbaycan Kubokunun Final matçı - "Qəbələ"-"Neftçi" (1:1, pen. 3:4) oyunundan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "İlk olaraq qeyd edim ki, Azərbaycan kubokunun finalı yaxşı təşkil edilmişdi. Azarkeşlər tərəfindən yaxşı atmosfer yaradılmışdı. Komanda olaraq da pis oynamadıq. Hər iki komanda bu oyunda qələbə qazana bilərdi. Sadəcə penaltilər seriyasında uduzduq. “Qəbələ” ilk dəfədir ki, ölkə kubokunun finalına çıxır. Penaltiləri ən yaxşı hesab etdiyimiz oyunçulara həvalə etmişdik. Onlar vura bilmədi. Marat bugünkü oyunun ən yaxşısı idi, lakin penaltini vura bilmədi".