Misli Premyer Liqasının XIII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Maraqlı oyun alındı. Hər iki komanda layiqli mübarizə apardı. Meydanda daha çox mübarizənin şahidi olduq. Komandalardan hər biri qalib gələ bilərdi. Bərabər səviyyədə oyun getdi. Düşünürəm ki, bu gün şans “Zirə”nin tərəfində oldu. Əsas problemimiz son nöqtəni qoya bilməməyimizdir. Bunda çətinlik çəkirik. Bugünkü oyunda da yalnız qol çatmadı. Ən çox hücumda olan və ən az qol vuran komandayıq. Bunun səbəblərini araşdırırıq. Nəyisə dəyişmək üçün danışmaq yox, çalışmaq lazımdır. Ümumilikdə komandamdan razıyam. Ötən mövsüm fərqli komandamız var idi. Sonda məqsədlərimizə çatdıq. Bu mövsüm isə heyətimiz fərqlidir. Çalışıb, son pillədən qurtulmaq lazımdır”.