“Hər oyun bizim üçün final kimidir”
Xəbərlər / 5 Aprel 2026 | 18:418453
“Hər oyun bizim üçün final kimidir”

Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” - “Qəbələ” oyunundan (0:2) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Birinci növbədə futbolçulara təşəkkür edirəm. Bu gün çox çalışdılar. Yaxşı oyun və yaxşı nəticə göstərdilər. Oyunun əvvəlində müəyyən qədər gərginlik var idi. İkinci hissədə rəqibin heç bir şansı olmadı. Fasilədən sonra daha yaxşı oynadıq. Futbolçulara dedim ki, daha yaxşı oynaya bilərsiz. Bundan sonra hər oyun bizim üçün final kimidir. Döyüşmək, güclü olmaq lazımdır. Azarkeşlərə təşəkkür edirəm, son nəticələrə rəğmən, gəlib komandanı dəstəklədilər”.