«Hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq»
Xəbərlər / 8 Mart 2015 | 16:54192
«Hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq»

Premyer Liqanın XXV turu çərçivəsində baş tutan “Qəbələ” – “Sumqayıt” (2:0) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmayıb. Onlar başa düşməlidir ki, 2:0 sürüşkən hesabdır. Sona kimi oynamaq lazımdır. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm".