«Hər oyuna maksimum köklənmək vacibdir»
Xəbərlər / 12 Noyabr 2022 | 21:111358
«Hər oyuna maksimum köklənmək vacibdir»

Misli Premyer Liqasının XIV turunun “Neftçi” – “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyunun ağır keçəcəyini bilirdik. “Neftçi” iddialı komandadır və heyətində yaxşı futbolçular var. Uduzsaq da, istədiyim oyunu, dinamikanı gördüm. Mənim istədiyim komanda budur. İnanıram ki, bu tempdə davam etsək, qarşıdakı matçlarda daha yaxşı olacağıq. Biz komandanı yerli və əcnəbilərə bölmürük. İndiki durumda daha çox xeyir verən futbolçulara güvənirik. Çoxsaylı qol imkanları yaratdıq. Amma bu epizodları dəyərləndirə bilmədik. Biz hiss edirik ki, axsamalar son nöqtəni qoymaqla bağlıdır. Bunun üzərində işləyirik. İnanıram ki, onu da düzəldəcəyik. Çempionatın hər görüşü ağırdır. Uğurlu nəticə qazanmaq üçün hər oyuna maksimum köklənmək vacibdir”.