«Hər oyuna qələbə üçün çıxırıq»
Xəbərlər / 26 Sentyabr 2014 | 17:31198
«Hər oyuna qələbə üçün çıxırıq»

Topaz Premyer Liqasının VII turunda “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın təcrübəli futbolçusu Cavid Hüseynov cənublularla Qəbələdə keçiriləcək görüş haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Həmişə olduğu kimi “Xəzər Lənkəran”la oyunda da meydana qalib gəlmək üçün çıxacağıq. Qalib gəlməklə turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirə, daha da yaxşılaşdıra bilərik. Bütün matçlar kimi bu qarşılaşmaya da hazırlıq öz qaydasında gedir. Verilən tapşırıqlar üzərində çalışırıq. Bütün matçlardakı kimi yenə 3 xal çox vacibdir. Qarşıda fasilənin yaranıb-yaranmamasından asılı olmayaraq bizim üçün ən əsası, ən vacib olanı qələbədir. Hər oyuna da qələbə üçün çıxırıq. “Xəzər Lənkəran” ın bu mövsüm keçirdiyi oyunları izləmişəm. Futbolda bəzən elə olur ki, yaxşı oynayırsan, amma qalib gələ bilmirsən. “Xəzər Lənkəran” da məhz bu halla üzləşib. Hər oyun yaxşı oynayırlar. Amma qol vura bilmirlər. Mənə elə gəlir ki, qarşıdakı matçda oyun intizamı daha yaxşı olan üstünlük qazanacaq. İmkanlardan daha tez kim istifadə etsə, ilk qolu kim vursa, o da qalib gələcək”.